Talıbovların bankının yeni sahibləri bəlli oldu

Talıbovların bankının yeni sahibləri bəlli oldu
 

"Naxçıvan Bank” ASC-nin yeni səhmdarlarının adları məlum olub.

"Paralel.az ”ın məlumatına görə, 2023-cü il fevralın 1-də bankın bütün səhmləri satılıb və səhmdarların hazırkı iştirak payı Məmmədov Hüseyn Yaşar oğlu - 63,66%, Məmmədov Rüfət Əhədağa oğlu - 26,52%, Novruzov Binnət Yasin oğlu - 9,82%-dir.

Bundan əvvəl bankın səhmdarları Naxçıvan MR-nın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğulları 63,66% payla Rza Talıbov və 20,48% payla Seymur Talıbov, 9,82% payla qızı Baharxanım Talıbova, 6,04% payla xanımı Sevil Sultanova olub.

Könül
Paralel.az  

0.025057077407837