AB tarixində ən böyük cərimə: bu ölkəyə cəza kəsildi

AB tarixində ən böyük cərimə: bu ölkəyə cəza kəsildi
 

Avropa Ədalət Məhkəməsi Polşanın 2019-cu ildə apardığı məhkəmə islahatları ilə Avropa Birliyinin (AB) qanunlarını pozduğuna qərar verib. 

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, məhkəmənin açıqlamasında AB qanunlarının üzv ölkələr üçün məcburi olduğu və Polşanın üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi bildirilib.

Avropa İttifaqı Komissiyası Polşaya qarşı məhkəmə müstəqilliyi prinsipini pozduğuna görə məhkəməyə müraciət edib. Sözügedən ölkənin gündə 1 milyon avro cərimə ödəyəcəyinə qərar verib, sonradan bu məbləğ 500 min avroya endirilib.

Polşa bu qərara etiraz edib.

AB Polşa hökumətini hakimlərə təsir etməkdə və məhkəmə hakimiyyətinin müstəqilliyinə xələl gətirməkdə ittiham edir.

Günay

0.020051956176758