Daha bir ölkə 4 günlük iş rejiminə keçdi

Daha bir ölkə 4 günlük iş rejiminə keçdi
 

Portuqaliyada iyunun 5-dən qüvvəyə minən fərmana əsasən, könüllü iştirak etmək istəyən işəgötürənlər və işçilər üçün həftəlik işin 4 günə endirilməsi praktikasına başlanılıb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Əmək, Sosial təminat və Həmrəylik naziri Ana Mendes Qodinyo bildirib.

Bu gündən etibarən 100 şirkət həftənin 4 günü işləməyə başlayıb.

Nazirlikdən verilən məlumata görə, ümumilikdə 350 min avroya başa gələcək bu proqramın büdcəsi pilot təcrübədə 100-ə yaxın şirkətin iştirakı ilə Məşğulluq və Peşə Təhsili İnstitutu tərəfindən qarşılanacaq. 

Şirkətlər həftədə 4 gün iş modelindən əvvəl, iş zamanı və sonra şirkət və personalla bağlı məhsuldarlıq, izafi xərclər, işçilərin rifahı kimi məsələlər barədə nazirliyə məlumat verəcəklər.

Günay

0.016937971115112