UEFA “Qarabağ”a razılıq verdi – Dəyişə də bilərsiz

UEFA “Qarabağ”a razılıq verdi – Dəyişə də bilərsiz
 

UEFA “Qarabağ”ın avrokuboklarda ilk 2 ev oyununu “Azərsun Arena”da keçirməsinə icazə verib.

Avropa futbol qurumu bununla bağlı klubun müraciətini müsbət cavablandırıb.

Razılıq məktubunda qeyd olunub ki, Azərbaycan çempionu istəyərsə, məkanı dəyişmək haqqına da sahibdir.

“Köhlən atlılar” beynəlxalq yarışmaya Çempionlar Liqasından başlayacaq. Komanda qitənin ən mətəbər turniri ilə erkən vidalaşarsa, yoluna Avropa Liqasında davam edəcək.

“Qarabağ”ın bunadək ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionu təmirə bağlanıb.

Bir müddət əvvəl mərkəzi arenanın qazonu sökülüb. Yenidənqurma işləri təqribən 2,5-3 ay çəkəcək.

0.021651983261108