Paşinyanın oğlunu oğurlayan qadınla bağlı yeni qərar

Paşinyanın oğlunu oğurlayan qadınla bağlı yeni qərar
 

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunu oğurlamağa cəhd etdiyinə görə həbs edilən Qayane Akopyan ev dustaqlığına buraxıb.

Bu barədə onun vəkili məlumat yayıb.

“Ermənistan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin həbs-qətimkan tədbirini dəyişdirdi və Qayane Akopyan ev dustaqlığına buraxılıb”, - vəkil bildirib.

Xatırladaq ki, mayın 18-də Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib. “Oğulların çağırışı” adlı ictimai təşkilatın nümayəndələri Aşot Paşinyanı zorla maşınlarına mindirmişdilər, amma avtomobilin yolda bir anlıq dayanmasından istifadə edən Aşot Paşinyan maşından düşüb qaça bilmişdi.//oxu.az

0.01221489906311