Sahil Babayev əlilliyi satır: Epilepsiya xəstəsinin pensiyasını kəsdi - Bərpa etməyə rüşvət istəyirlər (VİDEO)
Epilepsiya xəstəsi olan Lənkəranın Təngivan kənd sakini Mirzəyeva Arəstənin pensiyası 1 ildir kəsilib. Halbuki 10 il pensiya alan Arəstə Mirzəyeva pensiyasının bərpa olunması üçün ondan rüşvət tələb olunduğunu deyir.
"Azərbaycan Reallığı" xəbər verir ki, Onun sözlərinə görə, Lənkəran Mərkəzi Xəstəxanasından pensiyasını bərpa etmək üçün ondan pul istəyirlər: “Pulum olmadı verməyə”.
Qeyd edək ki, Lənkəran Mərkəzi Xəstəxanasının verdiyi rəylərdə onun Arəstə Mirzəyevanın xəstəliyi ağır qiymətləndirilib.