Ruslar Baxmutda bir-biri ilə döyüşüb - "Vaqner"dən şok bəyanat - SƏNƏD

Ruslar Baxmutda bir-biri ilə döyüşüb -
 

Rusiyanın "Vaqner" silahlı dəstəsinin əsgərləri mayın 17-də Baxmut yaxınlığındakı Semigorye kəndi yaxınlığında atəşə tutulduqdan sonra RF Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə qısamüddətli döyüşə giriblər.

Paralel.az xəbər verir ki, bu barədə dəstənin rəhbəri Yevgeni Priqojinin mətbuat xidməti sənədi və videonu dərc edərək bildirib.

Daha əvvəl Priqojin bildirmişdi ki, "Vaqner"in Baxmutdan çıxarıldığı yol Rusiya Müdafiə Nazirliyinin qüvvələri tərəfindən qəsdən minalanıb. Bu gün onun mətbuat xidməti təfərrüatları açıqlayıb.

"Vaqnerçilər"in hesabatından göründüyü kimi, nədənsə hərbi müdafiə qüvvələri qruplarının onların arxasındakı yolları minalandırdıqlarını görüblər. Döyüşçülər tank əleyhinə minaları təmizləməyə çalışarkən Müdafiə Nazirliyinin mövqelərindən atəşə tutulub. "Vaqnerə" məxsus “Ural” markalı avtomobilə ziyan dəyib, mühərriki deşilib.

Məlumata görə, döyüşçüləri “təcavüzü aradan qaldırmaq və Rusiya Müdafiə Nazirliyinin hərbi qulluqçularını saxlamaq üçün cavab tədbirləri görüblər. Bu dəstənin rəhbəri Rusiya Federasiyası Müdafiə Nazirliyinin zabiti, motoatıcı briqadanın komandiri, sərxoş vəziyyətdə olan polkovnik-leytenant idi".

 

0.015698909759521