Rusiyada Navalnı tərəfdarları etiraza qalxdı

Rusiyada Navalnı tərəfdarları etiraza qalxdı
 

Rusiyanın həbsdə olan müxalifət lideri Aleksey Navalnının doğum günündə ölkənin, eləcə də dünyanın bir sıra şəhərlərində aksiyalar keçirilib.

Axar.az xəbər verir ki, bu barədə “Meduza” nəşri məlumat yayıb.

Rusiyanın Xabarovsk, Krosnoyarsk, Rostov-na Donu, Kalininqrad, Yekaterinburq, Sankt-Peterburq, eləcə də Paris, Praqa, Tel-Əviv, Helsinki, Toronto, Mexiko, Stokholm, Tokio, Sidney, Tiflis və Vilnüs kimi iri şəhərlərdə müxalif tərəfdarları aksiyaya çıxaraq Navalnıya dəstəklərini nümayiş etdiriblər.

Məlumata görə, Rusiyadakı aksiyalarda artıq 45 nəfər saxlanılıb.

0.018063068389893