Region rəislərini icra başçıları ilə görüşdürən səbəb

Region rəislərini icra başçıları ilə görüşdürən səbəb
 

Region rəislərini icra başçıları ilə görüşdürən səbəb

SOCAR "Azəriqaz" İB rəhbərliyinin təşəbbüsü ilə Regional İdarələrin məsul şəxslərinin yerli İcra Hakimiyyətinin başçıları ilə görüşləri keçirilir.
"Paralel.az" xəbər verir ki, məqsəd sakinlərin qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin operativ həllinə nail olmaqdan ibarətdir. Bu səbəbdən may ayı ərzində Tərtər Regional qaz istismarı İdarəsinin rəisinin regionda yerləşən İcra Hakimiyyətlərinin başçıları ilə görüşləri baş tutub.
Görüşdə SOCAR "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həyata keçirilən layihələr, eləcə də təsərrüfatda aparılan islahatlar, istehlakçıların fasiləsiz və dayanıqlı təbii qazla təmin olunmaları müzakirə olunub. Həmçinin yeni yaşayış məntəqələrinə və yaşayış massivlərinə təbii qazın verilməsi, qazlaşdırılmış ərazilərdə yarana biləcək problemlərin vaxtında qarşısının alınması və digər məsələlər müzakirə olunub. Görüş zamanı, xüsusilə şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

0.024802207946777