Şəhid Nurəhməd Ulubəyovun xatirəsi yad edildi

Şəhid Nurəhməd Ulubəyovun xatirəsi yad edildi
 

Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Ulubəyov Nurəhməd Hacıbəy oğlunun şəhadətinin 3-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. II Fəxri Xiyabanda baş tutan anım mərasimində şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun fəal gəncləri, ağsaqqalları və ziyalıları iştirak edib. Çıxış edənlər şəhidin qəhrəmanlıq dastanından, göstərdiyi şücayətindən söz açıblar. Daha sonra şəhidin əziz xatirəsini əbədiləşdirmək məqsədilə vaxtı ilə yaşadığı binanın həyətində inşa olunan abidəsi ziyarət edilib.

Qeyd edək ki, Vətən müharibəsinə könüllü yollanaraq torpaqlarımızın azadlığı uğrunda gedən əks-hücum əməliyyatlarında şəhidlik zirvəsinə ucalan Nurəhməd Ulubəyov Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 2020-ci ilin oktyabr ayının 8-də döyüş meydanında qəhrəmancasına şəhid olub.
Məlumat üçün bildirək ki, şəhidin atası Hacıbəy Ulubəyov uzun illərdir ki, SOCAR “Azəriqaz” İB-də çalışır.

"Paralel.az"

0.016932010650635