Prezident köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, MHŞ üzvü Fuad Ələsgərova

Prezident köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, MHŞ üzvü Fuad Ələsgərova
 

Prezident köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, MHŞ üzvü Fuad Ələsgərova

Publik müraciət

Sizə media üzərindən müraciət etməyim - qəbulunuza yazılmağıma qadağa qoyulması, yazılı müraciətlərin qəbul edilməməsi, poçtla göndərilən məktubların “yoxa çıxmasından” qaynaqlanır.

Torpaqlarımıza düşmən saldırısının ilk günündən AMEA -nın aspiranturasında təhsilimi, elmi işimi atıb, iki körpə uşaqlı ailəmi Allahın ümidinə qoyub, Qarabağ uğrunda savaşa getməyimdən ,  bu yolda 1-ci dərəcəli Qarabağ əlili olmağımdan 30 ildən də çox keçir. Son xidmət yerim olan DİN Daxili Qoşunları və Maliyyə Plan İdarəsi hərbi qanunvericiliyin tələblərinə qarşı çıxaraq mənə nə işdənçıxarma pulu, nə geyim- əşya kompensasiyası, nə məzuniyyət, ezamiyyət pulu, nə sığorta ödənişi və əvəzində kompensasiya verib, nə rütbəm artıb, nə vəzifəm düzgün vurğulanıb (döyüş komandirinə olmayan kimya müdafiəçisi görəvi yazılıb) , nə xidmət ilim düzgün hesablanıb, nə mənzil və digər güzəştlər tətbiq edilib. Bircə tibbi təminat hüququm saxlanılırdı, ona da keçən ildən qadağa qoyulub. 1978-ci ildən leytenant hərbi rütbəsi daşıyan 45 ilin zabitinin Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olmadığı rəsmi məktublarla bildirilir, pensiyam düzgün hesablanılmadığından , tabeçiliyimdə olanlarınkından üç dəfə azdır. DİN MPİ “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun 15v və 23b maddələrinə əsasən pensiyama minimum pensiyanın uyğun olaraq 300 və 100 faizi həcmində əlavəni, 58-ci maddə əsasında dolanacaq xərcləri indeksinin dəyişilməsi ilə əlaqədar pensiyamı yenidən hesablamayıb. İnzibati və məhkəmə təminatı hüququma da qadağa qoyulub. Hərbi prokurorluq Daxili Qoşunların, məhkəmə DİN-in saxta vəkili və nümayəndəsi, Vəkillər Kollegiyasının intizam komissiyasının üzvü Əlirza Həbilovun qeyri-prosessual sifarişi ilə şikayət(lər)imə , iddia(ları)ma mahiyyəti üzrə baxılmasına imkan vermir. Özbaşınalıq o həddədir ki, Prezidentə, baş prokurora, məhkəməyə müraciət etdiyimə görə məndən – 1-ci dərəcəli Qarabağ əlilindən məhkəmə yolu ilə 30 milyon manat tələb edilir. Heç demə, Konstitusiyanın 57, 60, 68 -ci maddələri ilə təminat verilən  müraciət hüququ , inzibati və məhkəmə təminatı hüququ, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququndan yararlanmaqla, DAXİLİ QOŞUNLAR BAŞ İDARƏSİNİN “ŞƏRƏF VƏ LƏYAQƏTİNİ” (idarənin şərəf və ləyaqəti olur?) elə ləkələmişəm ki, yalnız  30 milyon manatla yuyula bilər.

2007-ci ildən DSMF-ə keçən pensiyam DİN -də təyin olunmuş məbləğdən 45.10 manat çıxılmaqla azaldılıb. Halbuki “Əmək pensiyaları haqqında” qanunun 26.1-ci maddəsinə görə, əvvəllər təyin edilmiş pensiyanın ümumi məbləği  ( bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə ) dəyişdirilmədən şərti çevrilməsi aparılır. Sözügedən qanunun 19.1.4 maddəsinə görə, 1-ci dərəcəli əlillərə qulluğa görə verilən aylıq 11 manat pensiyama əlavə olunmayıb. Bu maddə 2019-cu ilin aprelindən ləğv edilib və əlilə qulluq edən şəxsə Prezident təqaüdü (hazırda 100 manat) ilə əvəz olunub .NK -nın 08.01.2013 tarixli qərarı ilə ikiqat artırılan ərzaq payı əvəzinə pul kompensasiyası da 10 ildir pensiyaya əlavə olunmur. DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bunu DİN -in,  DİN isə DSMF-in hesablamalı olduğunu bildirir. Prezidentin 23.12.2021 tarixli 1525 saylı fərmanı ilə hərbi qulluqçuların vəzifə maaşlarına müəyyən edilmiş 20 faizlik əlavə “Əmək pensiyaları haqqında” qanunun 13.05. 2022-ci ildə ləğv edilən 29.2 maddəsi əsasında pensiyanın yenidən hesablanmasına gətirməyib.

DİN -in saxta vəkili və nümayəndəsi (vəkil dövlət orqanının nümayəndəsi ola bilməz, dövlət orqanının nümayəndəsi isə vəkil) Əlirza Həbilov Şəki İnzibati-İqtisadi Məhkəməsində 15.02.2019-cu ildə qərar qəbul edilmədiyini , iclasın növbəti tarixə təyin edildiyini “e -məhkəmə” sistemi sübut etdiyi halda, həmin tarixə keçmiş həmkarı hakim İlqar Cabbarova saxta iddianın mümkün sayılmaması haqqında qərardad qəbul etdirib və 5-ci ildir bu qərardadı bütün məhkəmə instansiyalarında Konstitusiyadan, Ali Məhkəmədən üstün “normativ hüquqi akt” kimi tətbiq etdirir. Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov bir illik süründürməçilikdən sonra 20.06.2022 tarixli qərardadla mümkün sayıb, cavabdehlər DİN və ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı  üzrə icraatı ayırdığı iddiamı  22.12.2022-ci il tarixli qərardadla mümkün saymayıb ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.02.2019 tarixli qərardadı hələ də qüvvədədir. Axı heç DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bu iş üzrə tərəf deyil! Və axı Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli 5 saylı “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 8.3 bəndinə görə, İDDİANIN MÜMKÜN SAYILMAMASI HAQQINDA QƏRARDAD, YENİDƏN MÜMKÜNLÜK ŞƏRTLƏRİNƏ ƏMƏL ETMƏKLƏ, EYNİ PREDMET ÜZRƏ İDDİA QALDIRMAQ İMKANINI İSTİSNA ETMİR! Məhkəmə Konstitusiyaya, Ali Məhkəmə Plenumunun məhkəmə təcrübəsinin vahidliyi prinsipi haqqında qərarına istinad etmək əvəzinə, tərəflərin hüquq bərabərliyi prinsipini də pozub. DİN -in keçmiş səlahiyyətli nümayəndəsi və vəkili Əlirza Həbilov məhkəməyə 3 ilin vəkili Orxan Qılman oğlu Babayevi DİN-in nümayəndəsi kimi göndərib. Bakı İnzibati Məhkəməsinin özbaşınalığına baxın, hakim Orxan Həsənov qəbul etdiyi saxta qərardadlarını da 3 aydan sonra “tanışlıqla” verib.

Bakı Apellyasiya Məhkəməsinin Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifovdan ibarət heyəti hər iki işə necə təyin olunub? Aydındır ki, hakimləri də VK-nın intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilov Ədliyyə Nazirliyindəki dələduz məmurların dəstəyi ilə “seçir”. Yoxsa, 7 ildir dövlətin adından çıxardığı 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarının icrasını təmin etməkdən imtina edən, heç 7 ildir qərarını icraya belə yönəltməyən, borclu DSMF-in iş üzrə cavabdehlik daşımayan şəxsinin saxta məktubu  (?) ilə “icraata xitam verdirən” qərəz hakimi Şərafət Məmmədova yenidən hakim təyin olunmazdı. Təsəvvür edin, bu heyət də DİN-in 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılmasından imtina edib, amma DİN-in hesabına (?) vəkillik edən Orxan Qılman oğlu Babayevi etibarnaməsi olmadan DİN-in nümayəndəsi kimi işə buraxıb. Və DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi 02.05.2023-cü ildə şikayətvermə müddəti bitməmiş yekun məhkəmə aktı ilə apellyasiya baxışından çıxarıb. DİN -ə qarşı 17.05.2023 tarixli qərardad isə hələ də verilmir. Məhkəmə tərkibinə etirazım da sədrə verilmir. Gerçəkdə heyət özünə etiraz etməlidir. Mülki Prosessual Məcəllə, İnzibati Prosessual Məcəllə, “Məhkəmələr və hakimlər haqqında” qanunun tələblərinə görə, birinci , apellyasiya  və ya kassasiya instansiyasında işin baxılmasında iştirak etmiş hakimin işə yenidən baxılmasında iştirakı  yolverilməzdir və hakim mütləq işin baxılmasından kənarlaşdırılmalıdır.

...Pensiyamın düzgün hesablanmaması haqqında şikayətlərimə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev 26.01.23, onun müavini Elnur Qurbanov 22. 02. 23 tarixli məktublarla pensiyamın məhkəmə qərarı ilə ayrılan  110 manat əlavə ilə birlikdə 1112.44 manat olduğunu və 30 gün müddətində məhkəməyə müraciət etmək hüququmu bildiriblər. Bakı İnzibati Məhkəməsi  (hakim Bəhlul Cəlalov) mart ayında  işi icraata götürəndə isə apreldən  6 il qabaq 05.07.2017 tarixli 2-1 (81)-1889/17 saylı Bakı İnzibati Məhkəməsinin (hakim Elçin Məmmədov) qərarı ilə pensiyama 1-ci dərəcəli Qarabağ əlili kimi “Əmək pensiyaları haqqında” qanunun 19.2.5 maddəsi əsasında əlavə olunan 110 manatı kəsib, pensiyamın məbləğini yenidən 138.79 manat azaldıb 973.65 manata salıblar. Özbaşınalığa, məhkəmə təminatı hüququna qadağaya baxın, məhkəməyə müraciət etməyimi bildirirlər, məhkəməyə verəndə isə qərəzlə məhkəmə qərarı ilə   pensiyama əlavə olunan əlavəni çıxıb,  daha da azaldırlar. Belə sosial təminat, məhkəmə təminatı hüququ olar? Hakim Bəhlul Cəlalov obyektiv hakimdir, 02.05.2023 tarixli hazırlıq iclasında məhkəmə qərarı ilə ayrılan pensiyaya əlavənin kəsilə bilməzliyini dedi və 16.06.2023-cü ilə iclas təyin etdi. Hətta mənə qanunla müəyyən edilmiş, lakin verilməyən, özümün də xəbərsiz olduğum əlavə ödənişləri hesabladacağını vurğulayan hakimə yenə də ədliyyə, vəkil dələduzluğu ilə basqı yapılacağından çəkinirəm. Başına gələn başmaqçı olar, deyiblər, elə Bakı İnzibati Məhkəməsinin qətnamə ilə qərardadı Əlirza Həbilovun göstərişi ilə ayıra bilməyən hakimi Elvin Əliyev, qərardadla qərarı eyni sayan Orxan Həsənov və yuxarı instansiyalar da öncə “obyektiv” görünürdülər.

Ümumiyyətlə, cavabdeh DİN ilə  mənim aramda mahiyyəti üzrə baxılan heç bir məhkəmə işi,  qərarı yoxdur, imkan verilmir . Digər cavabdeh ƏƏSMN -ə qarşı iki iş üzrə isə mənim xeyrimə qərarlar qəbul edilib. Vurğuladığım kimi, 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı Bakı İnzibati Məhkəməsinin mənzillə təminat barədə  qərarı 7 ildir icra olunmur, yeganə icra olunan 05.07.2017 tarixli 2-1 (81)-1889/17 saylı qərarı isə borclu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bu ilin aprelindən icra etməkdən imtina edir. Özbaşınalığa baxın, Prezidentin,  MM-in, Konstitusiya Məhkəməsinin ləğv edə bilmədiyi məhkəmə qərarını Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ləğv edib! (?)

DİN isə nəinki ona qarşı iddiama mahiyyəti üzrə baxılmasına imkan verir, hətta tərəf olmadığı, mənim xeyrimə çıxarılan məhkəmə qərarlarının icrasına polisin, VK-nın, ədliyyə, icra məmurlarının sifarişi ilə qadağa qoyur. Təsəvvür edin, Xətai məhkəməsinin 26.05.2009 tarixli, 2 (011)-451/09 saylı 21.06.2011 tarixli, 2 (011)-855/11 saylı 2  (!) qətnaməsi ilə mənə 1-ci dərəcəli Qarabağ əlili kimi sahibkarlıqla məşğul olmağa verilən Nizami rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı qeyri – yaşayış otaqlarını borclular ƏMDK, Nizami RİH və Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri mütəşəkkil cinayətkar dəstə şəklində ələ keçirib,  özümə isə hər 5-6 ildən bir polisin “hüquqi yardımı”  ilə işgəncə verirlər. Sonuncu dəfə 03.09.2022-ci ildə məni Xətai məhkəməsinin aktını saxtalaşdırmaq adı ilə məhkəmə qərarı olmadan qoluqandallı polis şöbəsinə aparıb, 24-cü PŞ-də işgəncə veriblər, 9 qabırğamı sındırıblar, ağ ciyərimdə hematoma əmələ gəlib, açıq – qapalı kəllə beyin travması xəsarəti yetiriblər, faşistcəsinə davranıb tibbi yardıma da qadağa qoyublar. 2 sutka məhkəməsiz azadlıqdan məhrum edilmişəm. Nizami prokurorluğu ekspertiza təyin edib və müvafiq rəyi alıb, lakin 9 aydır heç bir hərəkət etmir, heç Ombudsman Aparatının məktubu ilə bildirilən  cinayət işinin başlanmasından imtina barədə 06.10.2022 tarixli qərarını da rayon prokuroru Pərviz

 8 aydır verməkdən imtina edir. Amma bu prokuror müstəntiq Qalib Kərimlinin vəsatəti əsasında Nizami məhkəməsinə evimdə axtarış aparılmasına təqdimat yazıbmış. Bunu da Nizami məhkəməsinin hakimi Nigar Qədirlinin adından 40 gün sonra 14.10.2022-ci ildə tərtib olunan 05.09.2022 tarixli qərardan bilmişəm. Bu saxta qərardan apellyasiya şikayətimi Bakı Apellyasiya Məhkəməsi 8 ay gizlədəndən sonra baxılmasından imtina edib ki, 3 günlük müddət ötürülüb. Məhkəmə kollegiyasının hakimləri İlqar Murquzov, Qədim Babayev və Anar Tanrıverdiyev bilmir ki, həbsdə saxlanan şəxsin iddia müddətini ötürməsi onun təqsiri  yox, hakimlərin, istintaq – ittiham orqanının təqsiridir. Bu cinayətdə məni tarixi olmayan cinayət işi ilə suçlayırlar. 9 aydır cinayət işinin məhkəməyə göndərilməsini, baxılmasını tələb edirəm, baxılmır. Bu saxta cinayət işini sifariş edənlər Ədliyyə Nazirliyinin icra məmurları – Ceyhun , Elçin (tel. 0507704020) , VK-nın dələduzluqla məşğul olan vəkilləri, Bakı İnzibati Məhkəməsinin keçmiş, Xətai məhkəməsinin hazırkı sədri Rəşid Rzayev və başqalarıdır. Təsəvvür edin, Xətai məhkəməsinin keçmiş hakimi Raziyə Ataşovanı icra məmurları istintaq – işgəncə kamerasında müstəntiq Qalib Kərimlinin vasitəsilə  üzümə durdurublar və o 17.07.2014-cü ildə verdiyi qətnaməni və icra vərəqəsini verdiyini danmaqla cinayətkar saxtalığa imza atıb, yalan məlumat verib. Raziyə Ataşova məhkəmə qərarı olmadan həbsdə saxlanmağım cinayətini də bilib, xəbər verməyib. Elə Nigar Qədirli kimi, rayon prokuroru Pərviz İbayev kimi. Xətai məhkəməsinin sədri Rəşid Rzayev nəinki 15 ildir icra olunmayan məhkəmə qətnamələrini icra etdirir, heç verdiyim ərizələrə belə baxmır. Bakı İnzibati Məhkəməsində olduğu kimi. Belə hakim(lər) necə başqalarına örnək ola bilər, bəyəm sədrlik kürsüsü bunların altına yazılıb?

Sizdən məhkəmə təminatı hüququma qadağanın aradan qaldırılmasını,  dövlət hesabına vəkillə təminatımı diləyib, Konstitusiyanın ölkədə ən yüksək hüquqi qüvvəyə malik olduğunu məhkəmə hakimiyyətinin diqqətinə çatdırmağınızı, işlərə obyektiv baxılmasını təmin etmək məqsədilə, müraciətimdə adı keçən məhkəmə işlərini  nəzarətə götürməyinizi xahiş edirəm.

Məğrur Bədəlsoy

0.015933036804199