Türkiyə ilə Azərbaycan arasında məsafə 38 km olacaq

Türkiyə ilə Azərbaycan arasında məsafə 38 km olacaq
 

Zəngəzur dəhlizi işə salındıqdan sonra Türkiyə ilə Azərbaycan arasında məsafə 38 km olacaq.

"Paralel.az"  xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib. 

"Zəngəzur dəhlizi Ermənistanın inkişafı üçün də vacibdir. İrəvan son 30 ildə Gürcüstandan keçərək Türkiyəyə, Qara və Aralıq dənizlərinə çatan bir çox layihələrdən məhrum olub."

Səfir vurğulayıb ki, əgər Ermənistan bu layihədən kənarda qalsa, onun artıq başqa layihələri olmayacaq.

O, həmçinin qeyd edib ki, dəhliz Türkiyə vasitəsilə Şərqlə Qərbi birləşdirəcək.

Ş.Salehqızı

0.043515920639038