Apple FSB-nin ABŞ kəşfiyyat agentləri ilə əməkdaşlıq ittihamlarını rədd etdi

Apple FSB-nin ABŞ kəşfiyyat agentləri ilə əməkdaşlıq ittihamlarını rədd etdi
 

Apple FSB-nin ABŞ kəşfiyyat agentləri ilə əməkdaşlıq ittihamlarını rədd etdi

"Paralel.az" xəbər verir ki, Apple şirkəti ABŞ kəşfiyyat agentləri ilə əməkdaşlıq etmədiyini söylədi. Şirkətin bəyanatını Reuters agentliyi yayıb.

“Biz heç vaxt hər hansı bir Apple məhsuluna arxa qapı tətbiq etmək üçün heç bir hökumətlə işləməmişik və heç vaxt etməyəcəyik”, - deyə şirkət bildirib.

İyunun 1-də FSB, iPhone-lardan istifadə edərək "Amerika kəşfiyyat xidmətlərinin kəşfiyyat fəaliyyətini" aşkar etdiyini bildirdi. Rusiya kəşfiyyat xidmətinin məlumatına görə, bir neçə min smartfon virusa yoluxub. FSB bəyan edib ki, o, “Rusiyadakı diplomatik nümayəndəliklərdə və səfirliklərdə, o cümlədən NATO bloku ölkələrində və postsovet məkanında, habelə İsrail və SAR-da qeydiyyatda olan SİM kartlardan istifadə edən xarici nömrələrin və abunəçilərin virusa yoluxma faktlarını aşkar edib. FSB-nin fikrincə, bu, “Apple”ın Amerika kəşfiyyatı, o cümlədən ABŞ Milli Təhlükəsizlik Agentliyi ilə “sıx əməkdaşlığa” işarə edir.

Bundan sonra “Kaspersky Lab” açıqlama verib. Orada deyilir ki, şirkətin mütəxəssisləri Apple mobil cihazlarından istifadə edərək, “yüksək dərəcədə mürəkkəb, peşəkar şəkildə hədəflənmiş kiberhücum” müəyyən ediblər. “Kaspersky”nin sözlərinə görə, hücumda məqsəd şirkət işçilərinin “iPhone”larına casus modulu yeritmək olub. Şirkət bildirib ki, iOS-un qapalı olması səbəbindən casus proqramları tapmaq və silmək üçün standart əməliyyat sistemi alətləri yoxdur.

A.Nəsirli

0.015836954116821