"...Gözəllik salonlarında hepatitə yoluxma halları çoxdur" - Anara Mambetisaeva

 

"Qırğızıstanda gözəllik salonlarında hepatitə yoluxma halları çoxdur. Biz nəzarətsiz və lisenziyasız həyata keçirilən manikür, pedikür, tatuaj və digər kosmetik xidmətlərdən narahatıq." 

"Paralel.az"  xarici KİV-əistinadən xəbər verir ki, bunu Qırğızıstan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İdarəsinin baş mütəxəssisi Anara Mambetisaeva deyib. 

"Dörd ay ərzində 7537 nəfər viruslu hepatit B və C xəstəsi qeydə alınıb.Ötən ilin müvafiq dövrü ilə müqayisədə xəstələrin sayı 2 dəfə artıb. Buna səbəb ölkədə diaqnostikanın daha əlçatan olmasıdır, həkimlər deyirlər. Hepatitə üç yolla yoluxma mümkündür, anadan uşağa, qan və qorunmayan əlaqə vasitəsilə" -deyə, o, bildirib. 

Ş.Salehqızı

0.023039102554321