Jan-Pyer: Bu, Türkiyə üçün şərt deyil

Jan-Pyer: Bu, Türkiyə üçün şərt deyil
 

ABŞ Prezidenti Co Bayden Türkiyəyə F-16 satışını dəstəklədiyini çoxdan açıq şəkildə ifadə edir və İsveçin NATO üzvlüyü bunun üçün şərt deyil. 

Paralel.az “Haber Global”a istinadla xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Karine Jan-Pyer gündəlik mətbuat konfransında söyləyib.

O həmçinin jurnalistlərin suallarını cavablandırıb.

“Dünən Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışarkən Bayden Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün istəyini dilə gətirib.

Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi, ABŞ-nin Türkiyəyə F-16 satması üçün şərt deyil.

Bu kürsüdən dəfələrlə eşitdiyiniz kimi, Prezident Bayden NATO-nun qarşılıqlı fəaliyyətinə kömək etmək üçün Türkiyəyə F-16 satışını dəstəklədiyini çoxdan açıq şəkildə ifadə edib”.

0.01413106918335