Qoşunların hərəkət vaxtı ilə bağlı qərarlar qəbul edilib - Vladimir Zelenski

Qoşunların hərəkət vaxtı ilə bağlı qərarlar qəbul edilib - Vladimir Zelenski
 

Qoşunların hərəkət vaxtı ilə bağlı qərarlar qəbul edilib - Vladimir Zelenski

"Paralel.az"  xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bu axşamkı müraciətində Ali Baş Komandanın qərargahının iclasını keçirdiyini və orada Ukrayna qoşunlarının “hərəkət vaxtı” ilə bağlı qərarlar qəbul edildiyini bəyan edib: "İclasda təkcə qoşunların döyüş sursatı ilə təmin edilməsi deyil, həm də yeni briqadaların hazırlanması və bizim taktikamız müəyyənləşdirildi. Ən vacibi budur. Necə hərəkət edəcəyimizlə bağlı son tarixlər artıq bəllidir - qərarlar qəbul edilib".

Ukrayna hakimiyyəti 2022-ci ilin sonundan genişmiqyaslı əks-hücumdan danışır. Əvvəlcə onun yazda başlayacağı gözlənilirdi, lakin sonradan onun tarixləri təxirə salındı. Mayın əvvəlində Zelenski Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu hazırlamaq üçün “bir az daha vaxt” lazım olduğunu söylədi.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Danilov mayın 27-də bildirib ki, əks-hücum “sabah və ya bir həftə sonra” başlaya bilər. Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələri hücuma hazırdır, lakin komandanlıq ən yaxşı anı gözləyir.
Dəniz

0.037103176116943