Elxan Qasımovla vida mərasiminin keçiriləcəyi yer AÇIQLANDI - YENİLƏNİB

Elxan Qasımovla vida mərasiminin keçiriləcəyi yer AÇIQLANDI - YENİLƏNİB
 

Əməkdar artist Elxan Qasımovla vida mərasimi sabah Moskva prospekti 173 A ünvanında keçiriləcək.

Bu barədə APA-ya mərhumun sənət və ailə dostu, rejissor Tahir Tahiroviç məlumat verib.

Onun sözlərinə görə, vida mərasimi saat 11:30-da başlayacaq:

“Daha sonra Xırdalanda oğlu Samir Qasımovun yanında dəfn ediləcək”.

***

Əməkdar artist Elxan Qasımov sabah dəfn olunacaq.

Bu barədə APA-ya mərhumun sənət və ailə dostu rejissor Tahir Tahiroviç məlumat verib.

Onun sözlərinə görə, Elxan Qasımov Xırdalanda oğlu Samir Qasımovun yanında dəfn ediləcək.

***

Tanınmış kinorejissor, Əməkdar artist, Elxan Qasımov dünyasını dəyişib.

Paralel.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd edək ki, Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdü.

Aktyorun səhhətində bu ilin mayında problemlər yaranmışdı.

0.016260862350464