ABŞ Rusiyaya hücum üçün “yaşıl işıq” yandırır…

ABŞ Rusiyaya hücum üçün “yaşıl işıq” yandırır…
 

Rusiya ərazisinə zərbələr və Belqoroda hücumlar haqqında rəsmi Vaşinqtonun gerçək mövqeyi nədən ibarətdir?

Elə məsələlər var ki, rəsmi Vaşinqtonun onlar ətrafında açıq mövqe bildirmək imkanı yoxdur və bu hallarda qeyri-rəsmi mövqeni xüsusi insanlar açıqlayırlar. Bunlardan biri də Demokratlar Partiyasının daxilində böyük nüfuz sahibi, “dərin adam”, Nyu York ştatının Konqresin Nümayəndələr Palatasında təmsilçisi Cerri Nadlerdir. Konqresmen Nadlerin səsi Demokratlar Partiyasının səsidir.

Nadlerin bir jurnalistlə dialoqu diqqət çəkir:

Cerri Nadler: Ukraynalılar demokratiya, dünya nizamı uğrunda və təcavüzə qarşı döyüşürlər. Onlar güc vasitəsilə sərhədlərin dəyişdirilməsinə qarşı döyüşürlər, bu (güc vasitəsilə sərhədlərin dəyişdirilməsi) 1945-ci ildə bəri mümkünsüzdür. Biz Ukraynaya qələbə üçün lazım olan hər şeyi verməliyik.

Jurnalist: Onların Rusiya ərazisinə daxil olması sizi narahat etmir? Bu yaxınlarda sərhəddə yerləşən Belqorod şəhərinə hücumlar olub.

Cerri Nadler: Bu məni narahat etmir. Heç vecimə də deyil.

Jurnalist: Siz yenə də onları dəstəkləyəcəksiniz? (Rusiyaya hücum edəcəkləri təqdirdə - red.).

Cerri Nadler: Bu, ədalətli oyundur. Düşünürəm ki, onlar bunu (Rusiya ərazisinə hücumu) geniş miqyasda etmək fikrində deyillər. Ümumiyyətlə başqa ölkəyə hücum edən Rusiya niyə özünü təhlükəsizlikdə hiss etməlidir ki?

Jurnalist: Bu (Rusiya ərazisinə hücum) fakt ABŞ-ın icazəsilə Ukraynanın Rusiyaya hücumu deyil ki?

Cerri Nadler: Deyil. Bizim icazəmizə ehtiyac yoxdur.

Jurnalist: Siz silah verimisiniz və bu silahlardan Rusiya ərazisinə hücumlar zamanı istifadə oluna bilər. Mən bunu nəzərdə tuturam.

Cerri Nadler: Biz bu məqsədlə silahlar verməmişik. Amma şəxsən mənim buna (Rusiyaya hücuma) etirazım yoxdur!

Jurnalist: Şəxsən sizin etirazınız olmaya bilər, amma siz hökumət üzvüsünüz.

Cerri Nadler: Hökumət üzvü deyiləm (hökumət Ağ Evdir). Mən konqresmenəm.

Jurnalist: Amma indi xəbərlər yayılır ki, Belqorodda ABŞ istehsalı silahlardan istifadə olunur.

Cerri Nadler: Ola bilər. Eybi yox.

Bu arada, ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Millerin “Ukraynanın Krımı qaytarmaq üçün imkanları və haqqı var” bəyanatı da diqqət çəkir.

Krımın hərbi yolla qaytarılması barədə açıq danışmaq ABŞ-da yeni siyasi trendə çevrilir. Bu cür bəyanatların sayı çoxalacaq.

0.019827127456665