Böyük Britaniya Qolodomoru soyqırımı kimi tanıyıb

Böyük Britaniya Qolodomoru soyqırımı kimi tanıyıb
 

Böyük Britaniya 1932-1933-cü illərdəki Qolodomoru ukraynalıların soyqırımı kimi tanıyır

Paralel.az xəbər verir ki, müvafiq qərarı Britaniya parlamentinin aşağı palatası qəbul edib.

"Qolodomor" hadisəsi 1932-ci ilin aprelindən 1933-cü ilin noyabrına qədər davam edib. Tədqiqatçılar azı 3 milyon uşaq da daxil olmaqla 7 milyondan çox ukraynalının dünya tarixində tayı bərabəri olmayan insanlığa qarşı bu cinayətin qurbanı olduqlarını iddia edirlər.
“Qolodomor” sözü kütləvi şəkildə aclıqdan öldürmək deməkdir.

0.070542097091675