Ərdoğandan qələbə hazırlığı: kabineti sürətlə formalaşdırmağı planlaşdırır

Ərdoğandan qələbə hazırlığı: kabineti sürətlə formalaşdırmağı planlaşdırır
 

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, prezident seçkilərində mümkün qələbəsindən sonra Nazirlər Kabinetini tez formalaşdırmaq lazım gələcək.

Bu barədə “Paralel.az ” “CNN Türk”ə istinadən məlumat verir.

“Biz tez bir zamanda Nazirlər Kabinetini formalaşdırmalıyıq. Biz oturub dostlarımızla birgə qiymətlər verəcəyik, xalqımızın rifahının yaxşılaşdırılması, ölkəmizin inkişafı üçün addımlar atacağıq”, - Türkiyə lideri bildirib.

Türkiyə vətəndaşlarının əksəriyyəti üç gün sonra - mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə hazırlaşır. “Konda”nın sorğusuna əsasən, respondentlərin 52,7%-i Türkiyə liderinin tərəfindədir.

0.01676607131958