Çexiyada saxlanılan Aleksandr Françettinin bəraət hökmü ləğv edilib

Çexiyada saxlanılan Aleksandr Françettinin bəraət hökmü ləğv edilib
 

CTK xəbər verir ki, Praqa Ali Məhkəməsi 2021-ci ilin sentyabrında Ukraynanın tələbi ilə Çexiyada saxlanılan rusiyalı Aleksandr Françettinin işi üzrə bəraət hökmünü ləğv edib.

"Paralel.az" xəbər verir ki, 2014-cü ildə yarımadada baş verən hadisələr zamanı Krımda Rusiya Federasiyasının xeyrinə kəşfiyyat fəaliyyəti həyata keçirən mütəşəkkil cinayətkar qrup yaratmaqda ittiham olunan Françettinin işi baxılması üçün paytaxtın şəhər məhkəməsinə qaytarılıb. Rusiyalı ötən il oktyabrın sonunda Çexiyanı tərk edərək Sevastopolda ailəsi ilə qovuşmuşdu.

Ş.Salehqızı

0.32501888275146