Yaşın ən gözəl çağı olan gəncliyin problemi nədir?

Yaşın ən gözəl çağı olan gəncliyin problemi nədir?
 

Müasirliyin fəsadları...  

Müasir dövr demək olar ki, hər gün müxtəlif yeniliklərə imza atır. Bəlkə hər gün deyil, elə hər saatın özü yeniliklərlə doludur. Bu zənginliyin içində baş itirmək asan, baş saxlamaqsa çətindir. Detallara varmıram, bəlkə çoxuna adi, amma dərinliyinə varanda əksi olan problemdən bəhs edirik.

Müqəddiməsiz-filansız, hazırda yeniyetmə gənclər arasında elektron siqaretdən istifadə halları çoxalıb. Necə deyərlər, bu gün həmin yaş kateqoriyası arasında faiz nisbəti elektron siqaret çəkənlərin xeyrinə işləyir. Yeniyetmə gənclərin yalan olmasın, yarıdan çoxu elektron siqaret çəkir. Bu hələ dərdin yarısıdır, belə ki, onların sırasında qızlar da az deyil. Yəni qızlarınvapeçəkməsi hazırda az qala adi hal alıb. Bəs onlar, yəni qızlar oğlanlar bunu necə, hansı yolla, harda edirlər?

Sözügedən yaş kateqoriyasında olanlar evdən, yəni valideyn yaxınlarından aldıqları məktəb xərcliyilə qiyməti 9-10 manat olan bu siqaretləri müxtəlif yollarla aldə edirlər. Bəzi insanların dediyinə görə, həmin siqaretləri böyük marketlərdə əldə etmək çətindir. Çünki orada yaşı 18-dən aşağı olanlara elektron siqaret satmırlar. Lakin bunun da çarəsinin olduğu deyilir. Belə ki, azyaşlılar elektron siqaretləri sifarişlə  əldə edə bilirlər. Çünki həmin vaxt onlardan yaş tələb edən olmur. Hər halda, qeyd edilənləri özümüz arayıb-araşdırmamışıq, söylənilənlərə əsasən, bunu deyirik. Lakin hər bir halda, azyaşlıların bu gün elektron siqaretdən istifadə etməsi problemi yaşanır, bu isə acı bir faktdır.

Deyilənlərə görə, azyaşlılar arasında elektron siqaretlərə tələb artması onlara olunan təkliflə bağlıdır. Bundan başqa, həmin siqaretlərin qoxusu da azlaşlılarda maraq yaradır. Nəticədə, istər-istəməz, yaşı az olanların da elektron siqaretdən istifadə etməsi kimi arzuolunmaz hal yaşanır.

...Bu yazını yazmaq ərəfəsində təsadüfən daxili küçələrin birində iki yeniyetmə qıza rast gəldim. Onların köhnə, istifadəsiz maşın qarajının qarşısında sanki gizlənərək nəsə etmələri diqqətimi çəkdi. Yaxınlaşanda həmin yeniyetmələrin əlində elektron siqaret görməyimin çox diqqətçəkən olduğunu anlayan qızlar tez-tələsik, az qala qaçaraq ərazidən uzaqlaşdılar. Bu hadisəni bir neçə insanla müzakirə edərkən isə haqqında danışdığım problemin artıq bir müddətdir ki, yaşandığı məlum oldu. Həmsöhbətlərim bəlli problemin məktəb şagirdləri arasında artıq zamandır ki, var olduğunu deyərək, fəqət valideynlərin bundan məlumatlı olub-olmadığını bilmədiklərini söylədilər.

Hər halda, hamı öz övladının məktəb adı ilə çıxdığıyolda etdiyinin fərqində olmalıdır. Eləcə , onların məktəbdə təkcə təhsil deyil, aldığını dəqiq bilməlidir. Əslində, problemin kökü orta məktəblərdə olmasa da, azyaşlı yeniyetmələr, yuxarı sinif yaşında olanlar bu işlə evdən kənar vaxtda məşğul olurlar. Bu vaxt məktəbə gedilən yolda, hazırlıq s. müddətdə baş verə bilər. 

Ona görə , valideyn adlanan hər kəs yeniyetməlik yaşında olan övladının hər bir hərəkətini iki deyil, “dördgöz izləməlidir. Çünki istəməsək , sözügedən problem var. Həmin problemin az yaşdan başlayaraq hansı fəsadlara yol açdığı isə daha böyük problemlərinaçarıdır.

Açarı itirməyək, bu isə hər mənadadır. Bağlanan qapıların açılması baş verməyə bilər.

Nigar Orucova

0.026914119720459