Gəncədə tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Gəncədə tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır
 

Gəncədə tanışını bıçaqlamaqda təqsirləndirilən Elmixan Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Paralel.az xəbər verir ki, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 2-nə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 19-da Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə 1986-cı il təvəllüdlü şəhər sakini Sərxan Orucovun qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S. Orucovu bıçaqlamaqda şübhəli bilinən şəhər sakini Elmixan Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

0.014863014221191