Dünya şöhrətli aktyor vəfat etdi

Dünya şöhrətli aktyor vəfat etdi
 

Müharibə və döyüş filmlərində rol alan britaniyalı ulduz aktyor Rey Stivenson İtaliyada dünyasını dəyişib. 

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, aktyorun İtaliyanın İskia adasında “Cassino in Ischia” adlı döyüş janrında olan filmin çəkilişləri zamanı halı pisləşib.

Xəstəxanaya aparılan aktyoru müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Stivenson “Roma”, “Vikinqlər” və “Dexter” kimi populyar seriallarda rol alıb.

4 gündən sonra 59 yaşı tamam olacaq aktyorun ölüm səbəbi açıqlanmayıb.

Aktyorun qəfil ölümü bütün pərəstişkarlarını, xüsusən də ailəsini kədərləndirib.

 

0.080838918685913