Naxçıvan Dövlət Universitetinin yeni tikilmiş korpusunu niyə su basıb? - YENİLƏNİB - VİDEO

Naxçıvan Dövlət Universitetinin yeni tikilmiş korpusunu niyə su basıb? - YENİLƏNİB - VİDEO
 

Naxçıvan Dövlət Universiteti təhsil ocağını su basması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, auditoriya və dəhlizlərə su pəncərədən dolub:

“Ötən gün Naxçıvanda güclü yağış yağdı və bir sıra fəsadlar törətdi. Həmin vaxt universitetin yerləşdiyi tərəfə daha çox dolu düşüb. Pəncərələr açıq qaldığı üçün yeni tikilən korpusun auditoriyasına su dolub”.

***

Yağan güclü yağış Naxçıvan Dövlət Universitetinin binasına zərər vurub. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, universitetin auditoriyalarını və dəhlizlərini su basıb. 

Qeyd edək ki, ötən gün Naxçıvan şəhərində güclü yağış yağması bir sıra fəsadlara səbəb olub.

 

 

0.023221969604492