TƏBİB rüşvət və korrupsiya mərkəzinə çevrilib - Şikayət

TƏBİB rüşvət və korrupsiya mərkəzinə çevrilib - Şikayət
 

Ölkə səhiyyəsi bərbad vəziyyətdədir

Cənab prezidentin ölkədə fəaliyyət göstərən və bir-birini təkrar edən dövlət orqanlarını islah etməsinə baxmayaraq, Səhiyyə nazirliyi və TƏBİB ölkə səviyyəsinə xidmət göstərən orqanlar kimi qalır və bu iki orqan dövlətin vətəndaşlara göstərdiyi tibbi xidməti çox bərbad vəziyyətə saldığı ilə hər gün rastlaşırıq.

Səhiyyə nazirliyilə TƏBİB arasında səlahiyyətlərin düzgün bölünməməsi, xüsusən ölkənin səhiyyə orqanlarına hər iki orqan tərəfindən rəhbər kadr təyin etməsi özünü doğrultmur və mənfi təzahürləri artırır.

TƏBİB-in səhiyyə müəssisələrinə təyin etdiyi direktorların, baş həkimlərin çirkli fəaliyyətindən əhalinin narazılığı dövlət orqanlarına və mediaya sel kimi axır. TƏBİB-in icraçı direktor Vüqar Qurbanovun vəzifələrə təyin etdiyi həkimlərin rüşvətxorluğundan ölkıdə hər kəs şikayət edir.

Diqqə edin, TƏBİB tərəfindən xəstəxanalara təyin edilən bütün direktor və baş həkimlərin rüşvətxorluq və korrupsiya əməli o qədər güclənib ki, ölkə Prezidentinin rüşvətxorluğa və korrupsiyaya qarşı apardığı mübarizə tədbirləri kölgədə qalıb.

Səhiyyə orqanlarının rəhbərləri, xüsusən TƏBİB-in icraçı direktoru ölkə vətəndaşlarının haqlı şikayətlərinə və etirazlarına əhəmiyyət vermir, rüşvətxorluqla məşğul olan direktorları müdafiə edirlər.

TƏBİB-in səhiyyə orqanlarına rəhbər təyin etdiyi rəhbər kadrların rüşvətxorluqla kütləvi məşğul olması barədə faktlar çoxluq təşkil etdiyinə görə, ayrı-ayrı kadrlara aid olan faktları qeyd etmirəm.

Akif Nəsirli

Paralel.az

 

0.014404058456421