Kraliçası II Elizabetin dəfn mərasiminə xərclənən vəsait açıqlanıb

Kraliçası II Elizabetin dəfn mərasiminə xərclənən vəsait açıqlanıb
 

Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasiminə xərclənən vəsait açıqlanıb.

“Paralel.az” xarici KİV-ə istinadən xəbər verir ki, dəfn mərasiminə 161.7 milyon funt-sterlinq xərclənib.

Britaniyanın Maliyyə Nazirliyinin birinci müavini Con Qlen qeyd edib ki, bu vəsait 11 günlük milli matəmə və kraliçanın dəfninə xərclənib.

Qeyd edək ki, II Elizabet 2022-ci il sentyabrın 8-də 96 yaşında vəfat edib.

Şahnaz

0.013620853424072