Çünki o, narkotikin təsiri altında idi - rus əsgəri 

Çünki o, narkotikin təsiri altında idi - rus əsgəri 
 

Müharibə ilə Ukrayna torpaqlarına gələn rus əsgərləri arasında narkomaniya, alkoqolizm geniş yayılıb. İşğalçılardan biri narkotikin təsiri altında olaraq, özünü qumbara ilə partladıb.
 Ukrayna mediası xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yeni audio yazısı sübut edir. Müvafiq video şöbənin YouTube kanalında dərc olunub.

Belə ki, həmin səs yazısında rus əsgər bildirir ki, Putin ordusunun əsgəri özünü məhv edib.

“Meyiti çıxaranda bunu anladım. Lənətə gəlsin az qala havaya uçurduq. Çünki o, narkotikin təsiri altında idi. Yatağa gedəndə mənə də təklif etmişdi. Amma mən ona bundan istifadə etmədiyimi dedim”, - deyə rus əsgər əlavə edib.

Bundan əlavə, o, bildirib ki, özünü partladan rus əsgər daha əvvəl yoldaşlarına döyüşməmək üçün bir-birinin əlini qırmağı təklif edib.

“Onunla gedəndə mənə hər şeyi danışdı. Dedi ki, gəlin bir-birimizin əlini qırıb dincələk”, - deyə o, bildirib.

Qeyd etmək lazımdır ki, son bir neçə aydır ki, işğalçılar “xüsusi əməliyyat”da özlərini tamamilə ruhdan salmış və son nəticədə məyus hiss edirlər. Hətta ruslar onları bundan sonra nəyin gözlədiyini də başa düşmürlər.

Onu da xatırladaq ki, bundan əvvəl daha bir rus əsgəri “dünyanın ikinci ordusunda” hər şeyin heç də rəvan olmadığından şikayətlənib.

Komandanlıq isə gizlətmir ki, işğalçıları müharibə bitənə qədər və ya onlar “ölənə qədər” döyüşə atmaq niyyətindədir.

Səfurə

0.014822959899902