İrakli Qaribaşvili ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
İrakli Qaribaşvili ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
"Paralel.az" xəbər verir ki, Baş nazir İrakli Qaribaşvili ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə Gürcüstanın Hökumət administrasiyası məlumat yayıb.
Məlumata əsasən, Baş nazir Türkiyə Respublikasının Prezidentini seçkilərin uğurla keçirilməsi, birinci turda əldə edilən uğur, parlament seçkilərində hakim partiyanın qazandığı səslərin çoxluğu münasibətilə təbrik edib.
Baş nazir Türkiyə və Gürcüstanın iştirak etdiyi birgə beynəlxalq layihələrə dəstək verməklə Türkiyə ilə Gürcüstan arasında strateji tərəfdaşlığın gücləndirilməsində, eləcə də regionun davamlı və sabit inkişafında Prezident Ərdoğanın şəxsi rolunu vurğulayıb.
Bildirilir ki, Baş nazir prezident Ərdoğana prezident seçkilərinin ikinci turunu uğurla keçməyi arzulayıb.
A.Nəsirli