Brüssel görüşünü Moskva iqnor edəcək

Brüssel görüşünü Moskva iqnor edəcək
 

Rusiya güclü olduqca, regiondakı münaqişələr bitməyəcək

Son 2 ildə Azərbaycan - Ermənistan münaqişəsi Vaşinqton - Brüssel - Moskva arasında ciddi dartışma predmetinə çevrilib. Rusiyanın gücünü Ukrayna ilə müharibəyə sərf etdiyi gərgin vaxtda ABŞ Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında sülh sazişi barədə danışıqlara zaman ayırmasını həm Rusiyanın Ukraynaya yönəltdiyi gücü parçalamaq məqsədi güddüyü qənaətindəyəm.

Azərbaycan Ermənistan XİN rəhbərlərinin mayın 1-4- Vaşinqtonda keçən görüşdən sonra, mayın 14- Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə İlham Əliyev Nikol Paşinyan arasında keçən görüş hər iki ölkə ictimaiyyətinin diqqətini özünə cəlb etdi. Görüşün nəticəsi Azərbaycanın təklif etdiyi sülh sazişi paketinin faktiki olaraq qəbul olunduğu qənaətini yaratdı.

Qeyd edək ki, üçtərəfli Brüssel görüşünün prezident İlham Əliyevin irəli sürdüyü sülh sazişi şərtlərinin qəbul olunması ilə bitməsi ölkəmizin növbəti uğuru sayılır. Bu, yekunda əldə olunmuş nəticəyə müsbət təsir göstərdi belə demək mümkünsə, Azərbaycan bu görüşdə əsasən, istəyinə nail oldu. Görüşdə altını cızmaq lazım olan ən ciddi məqamlardan biri ondan ibarət oldu ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən elan etdi. Eyni zamanda, Ermənistanın baş nazirinin Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını Avropa İttifaqının tribunasından bəyan etməsi müsbət hal kimi qiymətləndirilir. Adətən, sülh danışıqlarında daim ikibaşlı mövqe nümayiş etdirən Nikol Paşinyanın bu dəfə Azərbaycanın ərazi bütövlüyünüQarabağsıztanımaq kimi, provokativ mövqedən imtina etməsi müsbət hadisədir.

Danışıqların gedişində o da aydın oldü ki, Laçın-Xankəndi yolunda Sərhəd-keçid məntəqəsi qurulmasından, Qarabağa gedib, gələn ermənilərin sənədinin nəqliyyatın yoxlanılmasından sonra Ermənistan Azərbaycanın torpaq bütövlüyünə qarşı iddiadan əl çəkilməyin zamanı olduğunu nəhayət, dərk edir.

Brüssel görüşündəErmənistan Azərbaycanın ərazi bütövlüyünün qəbul edir”-Paşinyanın ifadə etdiyi fikir Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağla bağlı iddiadan imtina etməsi barədə təsəvvür gerçəkləşir. Çünki Paşinyan yaxşı bilir ki, Brüssel görüşünün nəticəsilə faktiki olaraq, Azərbaycan - Ermənistan münaqişəsini nəzarətində saxlayan Moskva razılaşmayacaq. Sadəcə olaraq, Brüsseldə Paşinyan özünü sülh tərəfdarı göstərməklə, münaqişənin həll olunmasına Azərbaycanla - Ermənistan arasında sülh sazişi bağlanmasına tərəfdar olduğunu nümayiş etdirir.

Bu gerçəkliyi qəbul etməklə, Ermənistan Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduğunu, Azərbaycan Konstitusiyasını qəbul etməli olduqlarını təsdiq edir. Qarabağ ermənilərinin vətəndaş hüquqları, təhlükəsizliyi digər təminatlarının Bakıya aid olduğunu təsdiq etməklə, Ermənistanın artıq bundan sonra Qarabağda yaşayan ermənilərlə bağlı Bakının işinə qarışmayacağını təsdiqləyib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan etməklə, delimitasiya ilə bağlı Ermənistanı bu prosesdən çəkindirən qüvvələrə mənasız fəaliyyətlərini dayandırmaq barədə mesaj verib.

Brüsseldə Ş. MişelinAlma-Ata Bəyannaməsi uyğun olaraq, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasının yekunlaşdırılması barədə fikiri Azərbaycanın 2 ildir ki, qətiyyətlə masa üzərinə qoyduğu iki ölkə arasında sülh sazişi bağlanması ideyasının etirafıdır.

Üçtərəfli Brüssel görüşündə Azərbaycanın irəli sürdüyü nəqliyyat-kommunikasiya qurğularının yaradılması, xüsusən Zəngəzur dəhlizinin açılması da nəzərdən keçirilib məsələnin həll olunması istiqamətində razılıq əldə olunub. Ş. Mişelinnəqliyyat dəhlizləri məsələsində tərəflər irəliləyişə nail olublarbəyanatı məhz Naxçıvana əks istiqamətdə dəmir yolu əlaqəsinin yaradılmasına dair ümumi razılaşmanın əldə edilməsinə işarədir.

Beləliklə, qeyd edək ki, Brüsseldə başa çatan növbəti üçtərəfli görüşün nəticəsi Azərbaycan Ermənistan arasında sülh sazişinin imzalanması üçün zəmin yaradır. Görüşün yekun sənədinin məzmunu Azərbaycanın irəli sürdüyü sülh sazişi layihəsi planına tam uyğun olması da yaxşı nəticədir.

Məlumdur ki, Brüssel görüşündən sonra Azərbaycan Ermənistan rəhbərləri Moskvaya dəvət olunub. Əslində, hər kəs bilir ki, Moskvada keçiriləcək üçtərəfli görüş Brüsseldə keçirilən üçtərəfli görüşün tam əksini diqtə edəcək. Yəni Moskva Azərbaycan - Ermənistan münaqişəsini öz nəzarətində saxlamaqla, Cənubi Qafqazda daim mövcud olmaq üçün sülh sazişinin imzalanmasına münaqişənin bitməsinə imkan verməyəcək.

Əslində, Azərbaycan Ermənistan rəhbərləri bilir ki, Moskva görüşündə danışıq prosesi Brüssel görüşünün ruhuna uyğun keçməyəcək Moskva danışıqlarda əldə olunmuş razılaşmanın həyata keçməsini hərbi təxribatlarla əngəlləyəcək. Ermənistanda geniş imkana malik olan Rusiya qüvvələri Moskvanın razılığı olmadan heç vaxt Azərbaycan Ermənistan arasında sülh sazişi imzalanmasına yol verməz.

Vaşinqton da, Brüssel anlayır ki, Ermənistanda cərəyan edən hərbi-siyasi proseslər Paşinyanın nəzarətində deyil. Ona görə , Rusiyanın regionda mövcudluğu Azərbaycan Ermənistan arasında hərbi təxribatların baş verməsini qaçılmaz edir.

Regionda hərbi qüvvələr balansına yaxından bələd olan hər bir kəs bilir ki, Rusiyanın Cənubi Qafqazda mövcudluğunun əsasını Azərbaycanla Ermənistan arasında münaqişə təşkil edir. Əgər iki ölkə arasında sülh sazişi imzalanarsa, hərbi münaqişə bitər Rusiyanın regionda qalmasına ehtiyac qalmaz. Buna görə, Rusiyanın böyük gücə malik olduğu hazırkı dövrdə Azərbaycan Ermənistan arasında münaqişəyə son qoyulmasının mümkünlüyünü təsəvvürə gətirmək çətindir.

Postsovet məkanında hərbi gücü hesabına hegemonluq edən Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində Avrasiyanın, o cümlədən Cənubi Qafqazın arxitekturasında ciddi dəyişiklik baş verməsinə böyük inam yaranıb. Bu dəyişiklik regionda baş vermədən, Azərbaycanla Ermənistan arasında hərbi münaqişənin bitəcəyinə ümid etmək mümkün deyil.

 

0.039783000946045