Dəniz dərin olsa da, problemi dərin olmasın

Dəniz dərin olsa da, problemi dərin olmasın
 

Telman Zeynalov: Xəzər dənizinə müdaxilə etmək olmaz

Mənsub olduğumuz ölkənin milli sərvəti çox rəngarəngdir. Bu, bəlkə təkrarçılıq kimi görünə bilər. Amma malik olduğumuz təbii sərvətləri diqqətə çatdırmaq onu qorumaq, dəyərini bilmək zənnimcə, çox təbiidir...

Bu sırada ölkəmizin milli sərvətlərindən biri Xəzər dənizidir desək, səhv etmərik. Bunu isbat etməyə ehtiyac yoxdur. Lakin problem olduğunu deməyə ehtiyacı olan bir sıra məsələ var ki, onu da zaman-zaman gündəmə gətiririk.

Beləliklə, hazırkı mövzumuz Xəzər dənizinin bugünkü səviyyəsi ilə bağlıdır. Bu istiqamətdə həmsöhbətimiz tanınmış alim, ekoloq, bu sahənin mütəxəssisi Telman Zeynalovdur.

T.Zeynalov Xəzərlə bağlı hazırda yaşanan məsələyə münasibət bildirərək söyləyir ki, dənizin səviyyəsinin aşağı düşməsinin səbəbi öncə təbii proseslə  bağlıdır. Belə ki, Xəzərin suyunun səviyyəsinin enməsi prosesi hələ keçən əsrin 20-ci illərindən başlayıb: Bu proses 40- illərdən sonra da davam edib. Dəniz suyunun qalxması prosesi isə 1977-ci ildən başlayıb. Qeyd edim ki, Xəzərin suyunun səviyyəsi 1960-65-ci illərdə hardasa, iki metr yarım aşağı düşmüşdü. O vaxt H.Əliyev məsələ qaldırdı ki, Azərbaycanda balıqyetişdirmə zavodu açılsın. Müvafiq qərar verildi həmin zavod tikildi.  Lakin on il sonra dənizin səviyyəsi qalxmağa başladı həmin zavod da suyun altında qaldı. Ona  görə deyirlər ki, Xəzərin çayların məcrasına müdaxilə etmək qəti qadağandır. Çünki onlar gah quruyur, gah da su gəlir. Bu da iqlimdə gedən proseslərlə əlaqədardır”.

T.Zeynalov söyləyir ki, əksəriyyət Xəzərin suyunun qlobal istiləşmə səbəbindən buxarlanıb getdiyini deyir. Amma  bu, düzgün yanaşma deyil: “Xəzərin suyunun səviyyəsinin artıb-azalmasının əsas səbəbindən biri Volqa çayı ilə bağlıdır. Rusiya kənd təsərrüfatını inkişaf etdirmək üçün Volqa çayında yeni bir su anbarı tikib. Ona görə Xəzərə düşən suyun miqdarı qat-qat azalıb. Bundan başqa, Kür çayının vəziyyəti göz qabağındadır. Bütün bunlar əslində, təbii proseslərdir. Lakin qalan səbəb kimi, Xəzərin suyunun səviyyəsinin gah qalxıb, gah da enməsini alimlər indiyədək aydınlaşdıra bilmirlər”.

Həmsöhbətimiz qeyd edir ki, son bir ayda Bakıda iqlim tamamilə dəyişib. Buna görə düşən yağıntının nəticəsində dənizin səviyyəsi  qalxa bilər. Eləcə , Sakit okeanın təsiri nəticəsində dəniz suyunun səviyyəsi qalxa bilər: “Mən keçən əsrin 70-ci illərində hidrometerologiya sahəsində işləyirdim. Oranı bağlayıb  Ekologiya Nazirliyinə verdilər. Halbuki o sahənin mütəxəssisləri bu sahəni dərindən araşdırırdı. Amma indi heç öyrənilmir. Çünki Azərbaycanda elm ölüb. Elmi ocaqlar yaradılmalıdır, dövlət onları avadanlıqlarla təmin etməlidir. Ondan sonra aparılmalı, müvafiq araşdırmalar olmalıdır. Hazırda bütün idarələr, elmi ocaqlar özünümaliyyələşdirmə sisteminə keçib. Belə olan vəziyyətdə Xəzəri öyrənmək işini kim maliyyələşdirəcək?”.

T.Zeynalov onu da qeyd edir ki, son dövrlərdə yer oxu öz istiqamətini xeyli dəyişdirib bu da dənizin səviyyəsinə təsir edib. Baş verənlər isə istər-istəməz dənizdə olan biomüxtəlifliyə təsir edir: “Xəzərdə biomüxtəliflik azalır. Ərazilər Azərbaycanda bu ya digər qurumlar tərəfindən zəbt edilibsə, Rusiya Qazaxıstanda tamamilə başqa  vəziyyətdir. Orda nəzarət çox zəifdir. Ona görə orada brokonyerlər istədiklərini edirlər, bu da suitilərin məhv olmasına gətirib çıxarıb. Hər il dənizdə yüzlərlə, beş yüzlərlə suiti məhv olur. Balıqları vəhşicəsinə məhv edirlər. Xəzər dənizinin qara kürüsü dünyada ən bahalı kürüdür. Onun mənsub olduğu dənizə qətiyyən müdaxilə etmək olmaz”.

Nigar Orucova

 

0.023553848266602