Sumqayıtda sakinlər etiraz etdi: "Bunu bura kim göndərib?" - VİDEO

Sumqayıtda sakinlər etiraz etdi: "Bunu bura kim göndərib?" - VİDEO
 

Sumqayıtda yüksək gərginlikli elektrik dirəyinin yerinin dəyişdirilməsi yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olub.

Paralel.az xəbər verir ki, şəhərin İnşaatçılar qəsəbəsi gecəqondu məhəlləsi adlanan ərazidə yaşayan sakinlər bildiriblər ki, yaşayış evlərinin yaxınlığında yüksək gərginlikli elektrik xətti çəkilməklə dirəklər quraşdırılır. Bu da sakinlər üçün təhlükə deməkdir.

Azərenerji ASC-nin Sumqayıt şəhər Yüksək Gərginlikli Elektrik Şəbəkə MMC-nin iş icraçısı Rasim Ağamirov Xəzər Xəbər"ə bildirib ki, onlar ərazidə işi tam qanuna uyğun şəkildə icra edirlər:

“Ərazidə yaşayan sakinlər vaxtı ilə burada məskunlaşarkən Yüksək Gərginlikli Elektrik Şəbəkə MMC-nin elektrik dirəkləri orada mövcud olub. Sakinlər ərazidə yaranmış problemlə bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər”.

Daha ətraflı süjetdə:

0.12195205688477