Antalya - Moskva uçuşları dayandırıldı?

Antalya - Moskva uçuşları dayandırıldı?
 

Rusiyalı diplomatlar Antalya ilə Moskva arasında uçuşların dayandırılması ilə bağlı iddiaları təkzib ediblər.

"Paralel.az" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bu məlumat həqiqətə uyğun deyil. Hava limanında gecikmələr Antalya hava limanında uçuş-enmə zolağında aparılan təmir işləri ilə bağlıdır. Dünən rusiyalı turistlərdən bizə yalnız bir zəng daxil olub, lakin nəticədə onların uçuşu cəmi 30 dəqiqə gecikib”, - məlumatda qeyd edilib.

0.018629789352417