Seçkilərin ilkin nəticələri açıqlanır - CANLI - YENİLƏNİR

Seçkilərin ilkin nəticələri açıqlanır - CANLI - YENİLƏNİR
 

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 20,02 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 55,46 faiz səslə öndədir.

Paralel.az xəbər verir ki, ikinci yerdə 38,57 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,39 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində, ilkin nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası 46,94 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 15,36 faiz, Milliyyətçi Hərəkat Partiyası 14,71 faiz, İYİ Partiya 7,32 faiz, Yaşıl Sol Partiya 7,28 faiz səs toplayıb.

***

Türkiyədə seçki qutularının 17%-i açılıb.

Paralel.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Son məlumata görə:

Rəcəb Tayyib Ərdoğan: 55,98%

Kamal Kılıçdaroğlu: 38,08%

Sinan Oğan: 5,37% səs toplayıb.

***

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Paralel.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 9,1 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 59,5%

Kamal Kılıçdaroğlu - 34,8%

Məhərrəm İncə - 0,6%

Sinan Oğan - 5,1%

0.070209980010986