Zelenskidən əks-hücum açıqlaması

Zelenskidən əks-hücum açıqlaması
 

Ukrayna əks-hücumunun ilk mühüm addımları “tezliklə” atılacaq.

Paralel.az ” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya KİV-ə müsahibəsində deyib.

“Biz çox ciddi hazırlaşırıq. Çox ciddi addımlar tələb olunacaq. Bilirəm ki, hamımız motivasiyalıyıq. Təkcə bu planı bilənlər yox, xalqımız da... Sizə cavab verə bilmərəm (əks-hücum harada və nə vaxt başlayacaq – red.). Amma siz bunu mütləq görəcəksiniz və Rusiya da bunu mütləq hiss edəcək...Biz qələbəyə inanırıq və inanırıq ki, tezliklə ilk mühüm addımlar atılacaq”, - dövlət başçısı bildirib.

Eyni zamanda, Ukrayna lideri əks-hücumun başlanmasının konkret yeri və vaxtı ilə bağlı açıqlığının “Ukraynaya kömək etməyəcəyini, əksinə müdaxilə edəcəyini” diqqətə çatdırıb.

0.035783052444458