Blinkenlə Kuleba Ukraynanın əks-hücum əməliyyatına hazırlığı müzakirə ediblər

Blinkenlə Kuleba Ukraynanın əks-hücum əməliyyatına hazırlığı müzakirə ediblər
 

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıb. 

Paralel.az ” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bəyanatında deyilir. 

“Onlar Ukraynanın əks-hücum əməliyyatına davam edən hazırlığı, o cümlədən beynəlxalq tərəfdaşların necə töhfə verə biləcəyini müzakirə ediblər. Dövlət katibi Blinken Ukraynanın suverenliyinin Avropa sülhü və təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etdiyini qeyd edərək, ABŞ-nin Rusiyanı məsuliyyətə cəlb etmək öhdəliyini bir daha təsdiqləyərək prezident Baydenin Ukraynaya lazım olan müddətdə dəstək verəcəyi vədini vurğulayıb”, - bəyanatda deyilir.

Paralel.az

0.025477170944214