11 yaşlı qız Eynşteyn və Hokinqi geridə qoydu - Dünyada ilk

11 yaşlı qız Eynşteyn və Hokinqi geridə qoydu - Dünyada ilk
 

Meksikada yaşayan 11 yaşlı Adhara Perez Sançes IQ (intellekt əmsalı) göstəricisi ilə tarixin ən ağıllı insanları Albert Eynşteyn və Stiven Hokinqi ötüb. 

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, onun IQ göstəricisinin 162 olduğu müəyyən edilib.

Paytaxt Mexikoda yaşayan Adhara autizmli olduğu iddiasıyla təhsilinin ilk illərindən zorakılığa məruz qalıb.

Laqeyd müəllimləri və zorakılıq edən dostları tərəfindən illərdir problemlərlə üzləşən Adhara bir müddət sonra özünü müdafiə etmək üçün kənar mühitlərdən uzaqlaşmağa başlayıb.

Ailə övladlarının məruz qaldığı zorakılıqlar səbəbi ilə özünə qapanıq olduğunu bildirib: 

“Özünü hamıdan təcrid etmişdi. Sinif yoldaşları ilə oynamaq istəmirdi. Bir neçə gün məktəbə gedir, sonra isə getmirdi, yatıb qalırdı. Heç nə etmək istəmirdi. İnsanlar onu ələ salırdı”.

Ailəsi Adharanı terapevt qəbuluna apardıqdan sonra onların həyatında tamamilə yeni səhifə açılıb.

Belə ki, terapevtin tövsiyəsi ilə yüksək zəkaya sahib olan uşaqlar üçün nəzərdə tutulan “İstedadlara Diqqət Mərkəzi"nə (CEDAT) üz tutub.

“CEDAT”da aparılan sınaqlardan sonra Adharanın 162 IQ-yə sahib olduğu məlum olub. Bununla 11 yaşlı uşağın 160 İQ ilə dünyanın ən ağıllı insanları kimi tanınan Albert Eynşteyn və Stiven Hokinqdən daha ağıllı olduğu ortaya çıxıb.

Meksika Kosmik Agentliyi ilə yeniyetmə qızlar arasında kosmosun tədqiq edilməsinə kömək edən Adhara beş yaşında ibtidai məktəbi, altı yaşında isə orta məktəbi bitirib.

Elm adamları tərəfindən ötən əsrin ən böyük dahilərindən biri olmaq üçün namizədliyi irəli sürülən 11 yaşlı Adhara Perez Sançez hazırda mühəndislik üzrə magistr təhsili alır və bir gün NASA-da astronavt olmaq istəyir.

0.010978937149048