Bu gün “Avroviziya”nın finalıdır

Bu gün “Avroviziya”nın finalıdır
 

Bu gün Böyük Britaniyanın Liverpul şəhərində “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin finalı baş tutacaq.

Paralel.az ” xəbər verir ki, finalda 26 ölkə təmsilçisi yarışacaq.

Belə ki, birinci yarımfinalda Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç, ikinci yarımfinalda isə Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Litva, Polşa, Avstraliya, Ermənistan və Sloveniya finala vəsiqə qazanıblar.

“Böyük beşlik” ölkələri - İtaliya, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ötən ilin qalibi Ukrayna birbaşa finalda iştirak edəcəklər.  

Qeyd edək ki, yarışmada Azərbaycanı Tural və Turan Bağmanov qardaşları təmsil edirdi. Onlar “Tell me more” mahnısı ilə birinci yarımfinalda səhnəyə çıxıb. Əkizlər finala vəsiqə qazana bilməyib. 

0.017580986022949