Paşinyandan şok etiraf: "Moskvaya getməsəydim..."

Paşinyandan şok etiraf:
 

Ermənistan baş naziri Nikol Paşinyanın mayın 9-da Moskva səfəri birmənalı qarşılanmadığından, səfərin zərurəti barədə komanda üzvlərinə açıqlama vermək məcburiyyətində qalıb.

Paralel.az ” xəbər verir ki, bu barədə o, “Vətəndaş müqaviləsi” partiyasının fəalları ilə görüşündə açıqlama verib.

Nikol Paşinyan Moskva səfərini Ermənistanın həyati maraqlarından irəli gəldiyini və düzgün qərar verdiyini söyləyib. Bildirib ki,  Ermənistan Rusiya strateji tərəfdaş olmaqla yanaşı, həm də qaz alır.

“O baxımdan da paradda iştirak etməməyimiz Ermənistana ciddi təhlükələr yaradardı və bizə çox baha başa gələrdi”, - Paşinyan bildirib.

Qeyd edək ki, Kiyev Moskvada 9 may Qələbə paradında iştirak edən ölkə başçılarının hərkətini qətiyyətlə pisləyərək, onların iştirakını Ukraynaya qarşı əxlaqsız və qeyri-dost addım, Ukrayna xalqına hörmətsizlik kimi qiymətləndirib.

Paşinyan eyni zamanda İrəvanda  qoyulan “Nemezis” abidəsi barədə mövqeyini açıqlayaraq  abidənin bölgədə sülhün əldə olunmasına xidmət etmədiyindən indiki vaxtda qoyulmasının məqsədəuyğun olmadığını bir daha qeyd edib.

Abidənin qoyulmasından xəbəri olmadığını deyən Paşinyan, onun söküləcəyi ilə bağlı suala mövqe bildirməkdən də çəkinib.

Mürtəza
Paralel.az

0.013912916183472