Medvedev: "Qərb “demokratiya” prinsipləri ilə hərbi ekspansiyaları həyata keçirir..."
Medvedev bildirib ki, Rusiyanın vəzifəsi dünya düzənini bərabərlik prinsiplərinə qaytarmaq, bəzi ölkələrin digərləri üzərində hökmranlığının qarşısını almaqdır.
Təhlükəsizlik Şurası sədrinin müavininin sözlərinə görə, SSRİ gedəndən sonra dünyada qüvvələr nisbəti dəyişdi, ABŞ və NATO ölkələri baş verənləri öz qələbələri kimi qəbul etməyə başladılar.
Medvedev qeyd edib ki, indi Qərb “demokratiya” prinsipləri ilə hərbi ekspansiyaları həyata keçirir, onun yaratmadığı nümunələrlə yaşamaq cəhdlərini boğur.
Ş.Salehqızı, "Paralel.az"