Qaribaşvili - Rusiyada bir milyon etnik gürcü, bizim həmvətənlərimiz var

Qaribaşvili - Rusiyada bir milyon etnik gürcü, bizim həmvətənlərimiz var
 

“Rusiyada bir milyon etnik gürcü, bizim həmvətənlərimiz var. Onların hərəkətini asanlaşdırmaq vacibdir”

"Paralel.az" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib. 

O, Rusiyanın birbaşa uçuşları bərpa etməsini və Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsinin müsbət addım olduğunu bildirib.

“Superdövlət olan Çin, bizim dostumuz və qonşumuz, NATO üzvü olan və Aİ namizədi statusuna malik Türkiyə, eləcə də BƏƏ, ABŞ-ın əsas strateji tərəfdaşlarından biri olan və mənim üçün bir sıra istiqamətlərdə nümunə olan İsrailin Rusiya ilə birbaşa uçuşları var”, - Qaribaşvili bildirib.

Ş. Salehqızı

0.021703958511353