Hər şey tamamilə sakitdir - Vladimir Leontiev

Hər şey tamamilə sakitdir - Vladimir Leontiev
 

“Xerson vilayətinin sol sahilinə mümkün eniş üçün Ukrayna Silahlı Qüvvələrinin qayıqlarının və texnikasının Dnepr çayının sağ sahilində toplanması ilə bağlı məlumat son dərəcə şübhə ilə qəbul edilməlidir.”
Bunu Nova Kaxovka rəhbəri Vladimir Leontiev deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə istənilən desant əməliyyatı uğursuzluğa məhkumdur.

Daha sonra Leontiev bir mesaj yayımlayaraq əlavə edib ki, hər şey tamamilə sakitdir, bütün kommunal xidmətlər yerindədir, işıq, su, qaz, internet, hər şey var, panika yoxdur.

Bundan əvvəl KİV və Telegram kanallarında Ukrayna Silahlı Qüvvələrinə məxsus yüngül qayıqların Dnepr çayının sağ sahilində Xerson vilayətində guya kütləvi şəkildə toplanması ilə bağlı məlumatlar yayılmağa başlayıb.

Ş.Salehqızı

0.052944898605347