Rusiya-Gurcustan reydlərinə qadağa ləğv edildi

Rusiya-Gurcustan reydlərinə qadağa ləğv edildi
 

Rusiya prezidenti Vladimir Putin Rusiya aviaşirkətləri üçün Gürcüstana uçuşlara qoyulan qadağanı ləğv edib.

"Paralel.az" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Sərəncam Rusiyanın rəsmi internet portalında dərc olunub.

Sənədə əsasən, Rusiya Federasiyası prezidentinin 21 iyun 2019-cu il tarixli Rusiya aviaşirkətlərinə Gürcüstan və Rusiya arasında uçuşlar həyata keçirməsini qadağan edən sərəncamı qüvvədən düşmüş hesab edilib.

Dəniz

0.016806125640869