Qonşumuz İran niyə bizə düşmən kəsilib?

Qonşumuz İran niyə bizə düşmən kəsilib?
 

Başlığa çıxardığım bu sual məni həmişə düşündürür. Uzunmüddətli araşdırmalarımdan sonra belə qənaətə gəlmişəm ki, qonşu ölkələrlə, xüsusən İranla aramızda yaranmış problemlərin səbəblərinin bir hissəsi elə özümüzlə bağlıdır. Məhz qeyri-obyektiv yanaşmamıza görə, hətta haqlı olduğumuz bir çox məqamlarda haqsızlıqla üzləşməli oluruq.

İranın Azərbaycan dövlətinə bəslədiyi pis münasibətin səbəblərindən hər birimiz xəbərdarıq. Burada tarixə nəzər salıb, ilk səhvin haradan, kim tərəfindən başladığına diqqət yetirməyə ehtiyac duymuram.

Hazırda Azərbaycan hakimiyyəti Ermənistanın tərəfini tutan İranla bağlı tənqidə meydan verməklə, özünün dövlət maraqlarını müdafiə edir.

44 günlük müharibədən sonrakı müddətdə davranışlarıyla, xüsusən Zəngəzur dəhlizitermini üzərində qurduğumuz diplomatik manevrlərə aqressiv reaksiyasıyla İran, bizim nöqteyi-nəzərimizcə, çox böyük səhvlərə yol verdi (Hərçənd, bu məsələdə onların da öz oyunları, əsasları var). Biz o səhvlərdən yararlanıb, həm indiyədək İranla münasibətlərə görə, ata bilmədiyimiz addımların atılmasını sürətləndirdik (İsraillə təhlükəsizlik sahəsindəki münasibətlərin leqallaşdırılması, səfirliyimizin açılması s.), həm 2020-ci ilin 10 noyabrında Rusiya silahlılarının Qarabağa yerləşdirilməsinə razılaşdığımıza görə, Qərblə pozulan münasibətlərdə yenidən geriyə çevik dönüş imkanı əldə etdik.

Qərb 2020-ci il qələbəmizdən sonra Azərbaycanı sərt tənqid etdi, işğal altında olan torpaqlarımızı azad etdiyimizi təqdir etmədi. Amma İranla Azərbaycan arasında gərginlik artan kimi, hədələdiyi İlham Əliyev hakimiyyətilə İran təhlükəsinə qarşı əməkdaşlığa hazır olduğunu elan etdi.

Fikir verin, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına göz yuman, Qarabağdakı separatçılara status tələb edən ABŞ-ın dövlət katibi Blinken belə, Azərbaycanın İranla sərhədlərini qorumağa hazır olduqlarını dilə gətirdi. Hökumətimiz isə Azərbaycana qarşı xəyanətdə, ermənilərlə əməkdaşlıq etməkdə günahlandırdığı Qərbin fəallaşmasına şərait yaratdı.

Buradan çox aydın görünür ki,Qərb hazırda Rusiya ilə Ukrayna arasında alovlanan müharibəni körüklədiyi kimi, İranla Azərbaycan arasında da qardaş müharibəsinin alovlanmasını istəyir.

Qənaətimə görə, müharibədən sonrakı siyasətini ictimai rəydə əsaslandırmağa çalışan, təbliğat sahəsində rəqiblərinə uduzan hökumətimizin din İran siyasəti düzgün tərtib edilmir, xeyli yanlışlıqlarla səhvlərə yol verilir. Təki mən səhv etmiş olum, amma hesab edirəm ki, İranla Azərbaycan arasında getdikcə artan gərginliyi dramatikləşdirməyə ehtiyac yoxdur. İran dövlətini yönədən molla rejiminin təcavüzkar Ermənistana dəstək verməsi, hərbi silah-sursatla təmin etməsi, eyni zamanda həm şiə təriqətinə edilən xəyanətdir.

Düşünürəm ki, İran Ermənistanın təcavüzkar siyasətinə dəstək verməklə, ciddi səhvə yol verdiyinə görə, Azərbaycanın ənənəvi məzhəbi sayılan şiəliyə qarşı cəbhə açanlara xidmət etmək, bununla İranı məzhəb qarşıdurmasına sürükləmək, regionu "ikinci Suriya"ya çevirməyə cəhd kimi xarakterizə etmək olar.

Əlbəttə, İrana qarşı aparılan bu xətalı siyasətdən geri çəkilmək lazımdır. Dövlətimizin üçrəngli bayrağında əks olunmuş ənənəvi dinə sahib çıxmalı, onu yadların öhdəsinə verməməli ölkəmizin din siyasətini İranın yanlış din siyasətindən uzaq tutmalıyıq.

Hesab edirəm ki, dövlətimiz İranla bağlı siyasətinə ciddi düzəliş etməli, hələ yetkin siyasət anlayışına sahib olmayan partiya rəhbərlərinə, özünü ekspert qismində ortaya atan yarımçıq məişət avaralarının iki dövlət arasındakı siyasəti yanlış şərh etmələrinə imkan verməməliyik.

Təəssüflə qeyd edirəm ki, ölkənin İran siyasətini, İranın yanlış ermənipərəst siyasətinə qarşı təbliğatı elə bacarıqsız adamlara tapşırıblar ki, onlar bu siyasətin mahiyyətindən həyata keçirilmə taktikasından çox uzaqdırlar. Bu cür yanlışlığa yol vermək sadəcə, Azərbaycanın İran siyasətinə zərbə vurmaqdan başqa şey deyil.

Azərbaycanın təbliğat ruporları sayılan efirlərimizə baxdıqca, adam əsəbləşir. Ekranlara politoloq kimi çıxarılan "dəllal"ların söyüş ritorikası ölkəmizin təbliğatının əsaslarına sarsıdıcı zərbə vurur. Ekranı seyr edən hər kəs Cənubu Qafqazda yaranmış çətin siyasi durumun doğru təhlilini eşitmək əvəzinə, Putinin, Makronun, Xomneyinin Paşinyanın ünvanına söyüşlər eşidir. Axı, bu söyüşlə, təhqirlə nəyə nail olmaq istəyirik? Məgər, siyasətin ləyaqətlə aparılması barədə oxuduqlarımızı, bildiklərimizi, deyilənləri unutmuşuq?

Ölkənin efirlərində gedən təbliğat haqqında normal fikir söyləmək qeyri-mümkündür. Televiziyaların yayım platformalarının mövzuları əxlaqımızla ziddiyyət təşkil edir, anormal adamların məkanına «dəli yığıncağına» bənzəyir. Fərq ondadır ki, verilişin bəzilərində adamlar bədənlərilə, digərində düşüncələriylə iştirak edir! Əgər hər bir siyasətçi efirin təsir gücündən normal istifadə etmək istəyirsə, arqumentlərlə, məntiqlə, dəlil-sübutlarla danışmalı, insanları ölkəmizə qarşı yönələn düşmən siyasətinin yanlışlığına inandırmalıdır! İnandıra bilmirsə, efirə çıxıb, söyməməli, heç kimi alçaltmamalı, təhqir etməməmlidir. Çünki həyatda yanlış yanaşma, münasibət adekvat cavab yaradır, söyən özünün söyüldüyünü, təhqir edən cavabını alacağını unutmamalıdır!

Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) öz səhabələrinə deyərdi ki, qədər haqsız olsalar da, bütpərəstləri söyməyin, çünki onlar da dönüb bizim Allahımızı söyəcəklər.  Qurani-KəriminƏnamsurəsində ayədə deyilir: “Allahdan başqasına tapınanları söyməyin. Onlar da nadanlıq üzündən Allahı düşməncəsinə söyərlər”.

İran haqqında normal düşüncəyə malik olan hər bir insan yaxşı bilir ki, İran əsrlərin sınağından çıxmış din ideologiyasını qorumaq qüdrətinə sahibdir. Bu, Yaxın Orta Şərqdə hər kəsin təsdiq etdiyi reallıqdır. Bu gerçəkliyi görmək, bilmək unutmamaq lazımdır.

İranda əyləşib bizim millətimizin, dövlət rəsmilərimizin ünvanına söyüş, təhqir yağdıranları da normal adamlar saymıram saymaq da mümkün deyil. Ümumiyyətlə, sübut olunub ki, sağlam nəsildən törəyənlər belə yaramaz işlərə qol qoymur! Biz İrana qarşı çıxış edən , unutmamalıyıq ki, bu günkü İran dövləti min illərlə azərbaycanlıların qurduğu, idarə etdiyi dövlətdir! “Əhli-Beytardıcıllarını qoruyan onları əziz tutan da, məhz elə azərbaycanlılardır!

Bu günkü İran dövlətinin əsasını, fars dilində danışıb, yazsalar da, azərbaycanlılar təşkil edir! Yəni İran dövlətinin farslardan çox bizim babalarımızın qurduğu dövlət olduğunu unutmamalıyıq.

Bununla yanaşı, İranın din dövlət yetkililərinin yanlış erməni sevgisinin bizim dövlətimizə xalqımıza qarşı xəyanət olduğunu heç kim inkar edə bilməz.

 

0.020576000213623