Belarusda terror aktlarının qarşısı alınıb - İvan Tertel

Belarusda terror aktlarının qarşısı alınıb - İvan Tertel
 

Belarus hüquq-mühafizə orqanları ölkədə terror aktlarının qarşısını alıb.

Paralel.az Sputnik Belarus-a istinadla xəbər verir ki, bu barədə Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri İvan Tertel bildirib. 

Tertel jurnalistlərə deyib: "Bəli, terror aktları törətmək cəhdləri var idi və bu, məhz 9 may tarixinə görə idi".

O qeyd edib ki, qanunsuz əməllərdə iştirak edənlər saxlanılıb.

“Dövlət başçısı bu vəziyyətdən xəbərdardır”, - DTK rəhbəri əlavə edib.

Tertelin sözlərinə görə, DTK gələn çərşənbə günü dövlət televiziyasında təfərrüatlar barədə məlumatı yayımlayacaq.

Paralel.az

0.018576860427856