Moskvanın güc nümayişindən qorxmamalıyıq, əksinə... - Almaniya kanslerindən çağırış

Moskvanın güc nümayişindən qorxmamalıyıq, əksinə... - Almaniya kanslerindən çağırış
 

Avropa İttifaqı (Aİ) Moskvanın hərbi güc nümayişindən qorxmamalı, Ukraynaya nə qədər lazımdırsa, dəstək verməkdə davam etməlidir.

Paralel.az ” “reuters”ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Avropa Parlamentinin deputatları qarşısında çıxışı zamanı deyib.

“Şimal-şərqdə, bizdən 2200 kilometr aralıda Putin bu gün öz əsgərlərinin, tanklarının və raketlərinin paradını qəbul edir. O bizi bu cür güc oyunları ilə qorxuda bilməz. Gəlin Ukraynaya  hansı səviyyədə dəstək lazımdırsa verək və mövqeyimizdə dəyişməz qalaq", - Almaniya kansleri vurğulayıb. 

Solts onu da bildirib ki, Rusiyaya qarşı yeni sanksiayalr paketi hazırlanır və sanksiyaların növbəti sərtləşdirilməsi sonuncu olmayacaq:

“Aİ Rusiyaya qarşı sanksiyalar rejiminin sərtləşdirilməsi üzərində işləyir, növbəti paket sonuncu olmayacaq. Biz artıq sanksiya tədbirlərinin daha da sərtləşdirilməsini müzakirə etməkdəyik və növbəti tədbir sonuncu olmayacaq. Bu daimi işdir”.

Mürtəza
Paralel.az

0.09211802482605