Türkiyədə tarixi seçkilərə bir həftə qalıdı
"Paralel.az" xəbər verir ki, hazırda Türkiyədə qızğın seçki təşfiqat kampaniyası gedir.
Türkiyə mətbuatı son saatlarda maraqlı açıqlamalar verir. Onlarda ən maraqlılarını oxucuların diqqətinə çatdırmaq istəyirik.
- Ərdoğanın İstanbul mitinqində Kılıçdaroğlunun reklam çarxına PKK-nın liderlərindən biri olan Karayılanın kadrları əlavə edilərək, montajlanıb və xalqa göstərilib.
- Məlum olub ki, rəsmi iştirakçının 1,7 milyon olduğu elan edilən Ərdoğanın İstambuldakı mitinq ərazisinin sahəsi 55 min m²-dir ki, bu maksimum 277 min nəfər tuta bilər.
- İmamoğlunun Ərzurumdakı mitinqinə MHP və Hudapar dəstəkli qrupların daş atıb, provakasiya etdikləri, seçki avtobusunu daşa basdıqları bildirilir.
- Bursada AKP-ni təmsil edən Sənaye və Texnologiya naziri Mustafa Varankın seçki avtobusuna HDP qruplarının hücum etdiyi deyilir.
- Kılıçdaroğlu həyatının ən böyük layihəsini açıqlayıb. Türkiyə ilə Çini birləşdirmək üçün təxminən 5500 km uzunluğunda avtomobil və dəmir yolu qoşa xəttinin çəkilişini nəzərdə tutaraq, "Türk yolu" adlandırdığı “İpək Yolu”nu Türk Dünyasının ticarət qapısına çevirəcəyi vədini verib. Lakin bəzi azərbaycanlılar Azərbaycanın adını çəkməyərək yolun "Zəngəzur dəhlizi"ndən yan keçməsini qınayıblar.
Dəniz Nəsirli