Beyləqanın Kəbirli kənd camaatı ayağa qalxdı - RİH-in binası qarşısında piket

Beyləqanın Kəbirli kənd camaatı ayağa qalxdı - RİH-in binası qarşısında piket
 

Əhali su qıtlığı yaradan məmurlara etiraz edir

Kənd əhlisi nümayəndələrinin Paralel.az-a verdiyi məlumata görə, işğal altından torpaqların azad olunması üçün 30 nəfər şəhid verən Beyləqan rayonu, Kəbirli kəndinin əkinçiliklə məşğul olan əhalisinin 50-yədək nümayəndəsi Beyləqan RİH-in binası qarşısında piket keçirib.

Məlumata əsasən, piket iştirakçıları şüar səsləndiriblər, lakin piketçilərin qarşısına çıxmağa, onların problemilə məşğul olmağa cəsarət edən RİH nümayəndəsi olmayıb.

Qeyd edək ki, bir qədər əvvəl, Saatlı, Ağcabədi, İmişli rayon sakinləri də su qıtlığına görə, etiraz aksiyaları keçirmişlər.

Şahnaz Şalehqızı

0.01793909072876