Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin əsası çox zəifdir
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin əsası çox zəifdir, "Artsxa"nın keçmiş dövlət naziri, ictimai xadim Ruben Vardanyan deyir.
RBK-yə müsahibəsində Vardanyan "sülh gününün yaxınlaşdığına inanırmısınızmı" sualına cavabında “yox” dedi. O, fikrinə davam edərək bildirib ki, “çünki Azərbaycan indi nə edib, Laçın dəhlizinin bağlayıb (Laçın dəhlizində, Rusiya sülhməramlılarının məsuliyyəti zonasında nəzarət-buraxılış məntəqəsi yaradıb-red.): “Azərbaycan anti-Rusiya hərəkəti addımı atıb”.
“Rusiyanın iştirakı ilə imzalanmış 9 noyabr (2020-ci il) tarixli sazişiə düzəliş və ya onu məhv etməyə hər cür cəhd edirlər. Bu nöqteyi-nəzərdən yeni sülh müqaviləsinin əsası çox zəifdir, çünki Cənubi Qafqazda Rusiya olmasa, sülhün necə bağlanacağını təsəvvür edə bilmirəm”.
Akif Nəsirli, "Paralel.az"