Neirab beynəlxalq hava limanında uçuş-enmə zolağı zədələnib

Neirab beynəlxalq hava limanında uçuş-enmə zolağı zədələnib
 

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriya ordusunun Hələb şəhəri yaxınlığındakı mövqelərinə raket zərbələri endirib.

"Paralel.az" xəbər verir ki, Suria telekanalının məlumatına görə, aqressiv hücumdan sonra Neirab beynəlxalq hava limanında uçuş-enmə zolağı zədələnib.

Məlumata görə, hava limanı sıradan çıxıb. UPD: Suriyanın hava hücumundan müdafiə sistemləri İsrail Hərbi Hava Qüvvələrinin Hələb şəhərinin kənarındakı hücumunu dəf edib. Suria telekanalının məlumatına görə, bir suriyalı əsgər düşmənin hücumunu dəf edərkən həlak olub, daha 7 əsgər isə yaralanıb.

Şahnaz

0.025321960449219